Sərginin açılışında kitabxananın direktoru Mübariz Məmmədli çıxış edərək dahi alimin həyat və elm sahəsindəki zəngin irsindən bəhs etmiş, onun dünya elminə verdiyi misilsiz töhfələri sərgi iştirakçılarının diqqətinə çatdırmışdır.
Kitab sərgisində Lütfi Zadənin fundamental elmi işlərinə, elmi məqalələrinə və dünyada tətbiq olunan nəzəriyyələrinə dair əsərlər nümayiş olunmuşdur.
Tədbirin məqsədi gənc tədqiqatçıları elmə cəlb etmək, Lütfi Zadənin təcrübə və nailiyyətlərini gələcək nəsillərə çatdırmaq və onun elmi irsini geniş ictimaiyyətə bir daha tanıtmaqdır.
