"Atributinfo.az"ın məlumatına görə Göygöl rayon Gənclər Evində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, TİAHİ Göygöl rayon şöbəsinin sədri Elnur Hacıyev, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP fəalları, təhsil işçiləri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Gənclər Evinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin çıxışları, şagirdlərin əl işləri və “İrəvan rəqs qrupu”nun ifaları təqdim olunub. Dəyirmi masa Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra iştirakçıların çıxışları ilə davam edib. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxış edərək müstəqillik tariximiz barədə geniş və ətraflı məlumat veriblər. Dəyirmi masada həmçinin Elnur Hacıyevin, Rüxsarə Atayevanın məruzələri dinlənilib, natiqlərdən Araz Abbasov, Zəhra Zeynalova, Aytac Abbasova, Kəmalə Nəhmədova və digərləri çıxış ediblər. Tədbirdə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videçarx nümayiş olunub. Sonda partiya işində fəal iştirak edən gənclərə YAP Göygöl rayon təşkilatı tərəfindən təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub.
Bəradər
"Atributinfo.az"
