"Atributinfo.az" xəbər verir ki, deputat Məşhur Məmmədov anım günləri çərçivəsində bir sıra kəndlərdə olaraq, daha çox şəhid ailələri ilə görüşmüşdür.
Bu dəfə sözügedən rayonun Qarğalıq kəndində və Qarğalıq İnzibati Ərazi Dairəsinə daxil olan Eminli, Xallıcallı, Qədirli və Kürdəbaz kəndlərində olmuşdur.
Deputat şəhid ailələri ilə bir araya gələrək onların qayğı və arzularını dinləmiş, daha sonra ailələrlə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxuyaraq dərin ehtiramını bildirmişdir:
"Bu görüşlər bizə bir daha xatırladır ki, müstəqilliyimiz və azadlığımız, bu gün üzərində yaşadığımız torpaq, şəhidlərimizin qanı və qəhrəmanlığı ilə möhkəmlənib.
Şəhid ailələri ilə görüşlərimiz davam edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"-Deputat saytımıza açıqlamasında bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
