Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Masallıda növbəti dəfə şəhid məzarlarını ziyarət edib

    "Bu ziyarətlər bir daha göstərir ki, xalqımız şəhidlərinin xatirəsini daim uca tutur"- Məşhur Məmmədov

    Anım günləri çərçivəsində ənənəyə sadiq qalan 74 saylı Masallı seçki dairəsindən seçilən deputat Məşhur Məmmədov bu dəfə Boradigah qəsəbəsində, eləcə də Boradigah İnzibati Ərazi Dairəsinə daxil olan Mollaoba və Babaser kəndlərində şəhid ailələri ilə birgə qəhrəman oğullarımızın məzarlarını ziyarət edib:

    "Vətən uğrunda canından keçən igidlərimizin xatirəsini dərin ehtiramla yad etdik, şəhid ailələri ilə səmimi söhbətlər apardıq.

    Ziyarət öncəsi 1941–1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni, həmçinin Birinci və İkinci Qarabağ müharibələrində Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın şərəfinə inşa edilən Boradigah Şəhidlər Abidəsini ziyarət etdik."

    Deputat bunu "atributinfo.az"a açıqlamasında deyib. O, əlavə edib ki, bu ziyarətlər bir daha göstərir ki, xalqımız şəhidlərinin xatirəsini daim uca tutur:

    "Şəhid ailələrinin dövlətimizin qayğısını hər zaman hiss etməsi, onların rifahı və sosial təminatı istiqamətində görülən işlər, onlara göstərilən mənəvi dəstək hər birimizin mənəvi borcudur.

    Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik."- Məşhur Məmmədov deyib.

    Bəradər Səməndərli
    "atributinfo.az"













    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ