Bu dəfə anım günləri çərçivəsində yolumuzu Qızılağac kəndindən saldıq."
Bunu 74 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı Məşhur Məmmədov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, kəndin ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birgə kənddə inşa edilən Şəhidlər Abidəsini və torpaqlarımızın azadlığı uğrunda canından keçən l və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək, ehtiram əlaməti olaraq gül düzüb, dualarımızı etdik:
"Ziyarət zamanı ailələrlə söhbət etdik, qayğıları ilə maraqlandıq.
İstər I Qarabağ müharibəsi şəhidlərinin ailəsi, istərsə də Il Qarabağ müharibəsi şəhidlərinin ailəsi nikbindirlər. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildirən ailələr mənəvi dəstəyə ehtiyac duyur.
Şəhidlərə həsr edilən kitablar yazılır, filmlər çəkilir, rayon icra hakimiyyəti və təhsil idarəsinin tapşırığı, təşkilatçılığı və iştirakları ilə müxtəlif tədbirlər təşkil edilir. Bütün bunlar ailələr üçün təsəlli və mənəvi dəstəkdir.
Onlar bunu yüksək dəyərləndirir və davamlı olmasını arzulayırlar. Hər burimiz bacardığımız dəstəyi əsirgəməyək. Biz birlikdə güclüyük!"- Deputat paylaşımda qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
