Sizin reklam burada
Sizin reklam burada
  • MN: Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Oktyabrın 6-10-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda bildirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ