
Bu dəfə Masallının Hişkədərə kəndində şəhid valideynləri ilə görüşdük, onlarla bərabər torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərimizin məzarını ziyarət edib, şəhidlərimizə ehtiramımızı bildirdik."
Bunu 74 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı Məşhur Məmmədov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, şəhid anaları ilə söhbət zamanı qayğıları ilə maraqlandıq. Nikbin, qürurlu şəhid anaları, şəhid ataları söhbət əsnasında dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirərək, şəhid ailələrini diqqətdə saxladığı üçün ölkə başçısına, ölkənin birinci xanımına, rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər:
"Dövlətin diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrinin ən çox mənəvi dəstəyə ehtiyacı var. Hər birimiz istər tədbirlərin təşkili zamanı, istərsə də şəhidlərimizin mövludu, yaxud anım günlərində bacardığımız qədər şəhid ailələrinin yanında olmalı, dəstəyimizi onlardan əsirgəməməliyik.
Fəaliyyətim dövründə mənim üçün də şəhid ailələrinin ziyarəti, qəbullarda onlara xüsusi diqqət mənim üçün hər zaman prioritetdir.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin! Kəndlərdə sakinlərlə, şəhid ailələri ilə görüşlərimiz davam edir."- Deputat paylaşımda bildirib.
Bəradər
"Atributinfo.az"












