Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən şəhid ailə üzvləri və qazilərin iştirakı ilə növbəti qəbul

    Seçici məhəbbətini, vətəndaş problemini daim fəaliyyətinin prioritet istiqamətləri hesab edən 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən deputat Ülvi Quliyevin ənənəsinə sadiq qalar bu gün Milli Məclisin inzibati binasında şəhid ailə üzvləri və qazilərin iştirakı ilə növbəti qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli və işsizlik ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ