Tədbir Azərbaycan və Türkiyə himnləri ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ehsan boyunca şəhid mahnıları və şeirləri səsləndirilib.
Tanınmış jurnalist, Türk Ağsaqqalları Birliyinin sədr müavini Şərafət Şəfanın təşkilatçılığı ilə verilən ehsanda sakinlərlə yanaşı, qocaman hərbçilər də iştirak ediblər. Ehsanda halva, su, ayran və şirniyyat dağıdılıb.
Şərafət Şəfa jurnalistlərə açıqlamasında bildirib ki, bu missiyanı davamlı olaraq həyata keçirəcəklər:
" Bu ay Zəfər ayımızdı. Şəhid və qazilərimizi ehtiramla yad edir, onların qəhrəmanlıqlarını Türkiyədə gənclər və uşaqlar arasında daha geniş təbliğ etməyə çalışırıq. Bu bizim vicdan və vətəndaşlıq borcumuzdur. Yardımçım Fatma Haşımova ilə birlikdə bu yöndə davamlı olaraq layihələr həyata keçirəcək, iki qardaş ölkə arasında əlaqələrin inkişafına töhfələr, yeni qurduğumuz dərnəkdə azəbaycançılıq və türkçülük ideologiyasının təbliğinə dəstək verməyə çalışacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar versin. Onlar bizim baş tacımızdı! Zəfərin mübarək, Azərbaycan! Yaşasın Türk Dünyası, yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandanımız ki, bizə bu sevinci, bu qüruru yaşatdı!".
Qeyd edək ki, tanınmış jurnalsit Türkiyədə yaşayır və Öz Kültür Mədəniyyət Dayanışma və Yardımlaşma Dərnəyinin rəhbəridir.
.
