Bunu Milli Cəbhə Partiyasının sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki,
Firdovsi müəllim uzun illər İmişlinin mədəniyyət sahəsində çalışaraq zəhməti, səmimiyyəti və bilikləri ilə tanınmış, cəmiyyətin hörmətini qazanmış bir ziyalıdır. Təəssüf ki, hazırda işsizdir və iş tapmaqda ciddi çətinliklərlə üzləşir. Belə savadlı, mədəni və təcrübəli insanların işsizlik problemi ilə qarşılaşması həm üzücüdür, həm də qəbuledilməzdir. Təəssüf ki, iş axtaran çoxdur, iş yerləri isə kifayət qədər deyil:
"Qeyd edim ki, bu, Firdovsi müəllimin bizə ikinci müraciətidir. Daha əvvəl onun ərizəsini aidiyyəti qurumlara yönləndirmişdik, lakin hələlik yalnız formal cavablarla kifayətlənilmişdir. Biz isə məsələnin sadəcə cavab məktubu ilə yekunlaşmasını deyil, real həllini istəyirik."- Ehtiram Mehdiyev paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
