Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda şəhid ailəsi ziyarət edilib

    27 sentyabr Anım Günü ilə əlaqədar Göygöl Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Süsən Qurbanova, metodist Göyçək Vəliyeva, dərnək rəhbəri Gülüstan Hüseynova və mərkəzdə fəaliyyət gəstərən dərnəklərin bir qrup üzvləri Şəhid Eldarzadə Azər İsmixan oğlunun ailəsini ziyarət ediblər.
    Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığından danışılıb.
    Qeyd olunub ki, dövlətin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər kəsin vətəndaşlıq borcudur. Ziyarət zamanı şagirdlər Vətən müharibəsində qəhrəmanlıqla vuruşan şəhidlərə həsr olunan şeirlər söyləmiş, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.
    Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ