Sizin reklam burada
Sizin reklam burada
  • Əliniz- qolunuz ağrımasın hörmətli həmkarlar!

    "Bu il institutumuzun tədqiqat sahələrində bol pambıq məhsulu yetişdirmişik, məhsul tam yetişib, sahələr ağ örpəyə bürünüb, havaların qeyri sabit keçməsi bizi narahat edir, məhsul qısa müddətdə itkisiz toplanmalıdır. Əsas məsələ odur ki, elmi tədqiqat işlərinin tələblərinə müvafiq olaraq məhsulu kombaynlarla toplaya bilmirik."

    Bunu Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, təşəbbüsümlə institutda qərar verdik ki, 5-6 gün həmkarlarımıza məhsul toplanışında yardımçı olaq:

    "Özüm də əməkdaşlarla birlikdə pambıq toplanışında iştirak edirəm. İnsanı əmək ucaldır fikrinə hörmətlə yanaşaraq çalışırıq. Əliniz- qolunuz ağrımasın hörmətli həmkarlar!"- Professor paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ