Baş Qərargah rəisi MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Sosial
25-09-2025, 12:07
81
Sentyabrın 24-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.