Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, ziyarətdən sonra general-polkovnik Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb. Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.
Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
