Konfransın işçi dilləri: Azərbaycan, ingilis və rus
Konfransda iştirak forması: Əyani
Konfransın tematik istiqamətləri:
Biogübrələr və mikroorqanizmlərin tətbiqi
Erroziya və torpaq itkisinin idarə olunması
Ənənəvi və müasir əkinçilik modellərinin müqayisəsi
Əkin sahələrinin uzunmüddətli məhsuldarlığıni qorumaq
Ekoloji cəhətdən təhlükəsiz kimyəvi alternativlər
Toxum texnologiyalarında son yeniliklər
Orqanik bitki mühafizəsinin prinsipləri
İqlim dəyişkənliklərinin təsiri altında zərərverən orqanizmlərin yayılması
Meyvəçilik və tərəvəzçilikdə yeni texnologiyaların tətbiqi
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
Məqalənin ümumi həcmi 3-6 səhifə olmalıdır, MS Word proqramında hazırlanmalı, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2 sm kənar boşluq, sətirlərarası interval 1, abzas 1 olmalıdır. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Məqalənin adı ortadan böyük hərflərlə, qalın şriftlə (Bold), şrift ölçüsü 14 olmalıdır;
Müəllif(lər)in adı və soyadı tam açıq şəkildə yazılmalı; elmi dərəcəsi və elmi adı qalın və kursiv (Bold, Italic) şriftlə, şrift ölçüsü 12 olmalıdır;
Təşkilat və şəhərin adı, müəllifin e-poçt ünvanı, kursiv (Italic), şrift ölçüsü 12 ilə qeyd edilməlidir.
Məqalənin yuxarı sağ tərəfdə onun hansı bölməyə təqdim olunması mütləq göstərilməlidir.
Məqalənin adı, xülasə və açar sözlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. Xülasə 100-110 söz olmalıdır. Açar sözlər ən azı 5-8 söz və ya ifadədən ibarət olmalıdır və xülasənin (rezyumenin, abstraktın) altında yerləşdirilməlidir.
Ədəbiyyata istinadlar APA 7 stilinə uyğun olaraq müəllifin soyadı və çap ili qeyd edilməklə göstərilməlidir (məsələn, Cəfərov, 2024). İstifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 7 stilində təqdim olunmalıdır.
Düsturlar və latın adları kursivlə yazılmalıdır.
Təşkilat Komitəsi tərəfindən seçilmiş məqalələr həm elektron, həm də çap formatında toplu şəkildə nəşr olunacaqdır.
Konfransda əyani şəkildə məruzə ilə çıxış edən iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Məruzə məqalələrinin göndəriləcəyi elektron ünvan və qəbul olunması üçün son tarix
Tezislər bmtbeti.conference@gmail.com elektron ünvanına göndərilməlidir.
Son tarix: 10 Noyabr 2025-ci il
Konfransın keçiriləcəyi ünvan
AZ 2002, Gəncə ş., Əziz Əliyev pr 91. Bitki Mühafizə və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitutu
Telefon: (+99422 268 47 94)
(055 310 52 29)
