Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən Qovlarda növbəti vətəndaş qəbulu

    Seçici məsələlərinə həssas yanaşmağı, vətəndaşların yanında olmağı, onların qayğı və problemini diqqət mərkəzində saxlamağı fəaliyyətinin prioritet istiqamətləri hesab edən Milli Məclisin Müdafiə, təhlılükəsizlik və korrupsiyayla mübarizə komitəsinin sədri,
    105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən bu gün-13 sentyabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaşların novbəti qəbulu keçirildi.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, torpaq, səhiyyə və digər məsələlərlə bağlı oldu.
    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.

    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ