Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən Parlament binasında vətəndaş qəbulu

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini diqqət mərkəzində saxlayan 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı Ülvi Quliyev tərəfindən bu gün Parlamentin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı əsasən işsizlik və fəxri adın verilməsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ