Sizin reklam burada
Sizin reklam burada
  • Sağlam qida, sağlam vətəndaş!

    "Artıq sentyabr ayıdır, meyvə bağlarında, üzüm plantasiyalarında və digər bir sıra əkinlərdə məhsul toplanışı ya davam edir, ya da buna hazırlıq işləri aparılır."
    Bunu "atributinfo.az"a açıqlamasında AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, Professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, bu nöqteyi nəzərdən son zamanlar tez- tez müxtəlif rayonlarda yerləşən fermer təsərrüfatlarında olur, fitosanitar vəziyyət təhlil edilir, ciddi zərərverən orqanizmlər barədə materiallar toplanır, gələn il üçün qısamüddətli proqnozlar tərtib edilir, bir sözlə yüksək məhsul almaq üçün tədbirlər kompleksi nəzərdən keçirilir, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılır, biliklərimiz onlara ötürülür:

    "Göyçay DAİM və bitki mühafizəsi və fumiqasiya idarəsinin rəhbərliklərinə, əməkdaşlarına, o cümlədən mənimlə bərabər Göyçayda keçirilən monitorinqlərdə iştirak edən Samirə, Simuzər, Tünzalə kimi həmkarlarıma təşəkkürlərimi bildirirəm. Məqsəd Azərbaycan kəndində orqanik, gübrə və pestididlərdən qismən azad kənd təsərrüfatı məhsulları yetişdirməkdir. Sağlam qida, sağlam vətəndaş!"- İbrahim Cəfərov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ