Daim seçicilərinin yanında olan, onların qaygı və problemlərini diqqət mərkəzində saxlayan və həllinə maksimum nail olan 74 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı Məşhur Məmmədov ötən gün-sentyabrın 10-da Masallıda vətəndaşlarla ənənəvi qəbul-görüşlərindən növbətisini Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirib.
"Atributinfo.az" xəbər verir ki, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin də təmsil olunduğu qəbul-görüşdə 18 nəfər seçici iştirak edib ki, onlardan da ikisi şəhid atası olub.
Deputat hər bir vətəndaşın müraciətini fərdi dinləyib, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq addımların atılması üçün qeydlər edib. Onu da xüsusi diqqətə çatdırmaq istərdik ki, dərs ilinin başlaması ilə bağlı vətəndaşların bəzi xahişləri yerində həllini tapıb, digər müraciətlər isə deputatın köməkçiləri tərəfindən müvafiq qurumlara göndərilməsi üçün qeydə alınıb.
Məşhur Məmmədov saytmıza açıqlamasında vurğulayıb ki, seçicilərlə açıq dialoq, onların problemlərinin birbaşa dinlənilməsi fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Qalib dövlətimizin hər bir vətəndaşı diqqət və qayğıya layiqdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
