Ziyarətin qəbul olsun, ay qardaş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Göz yaşınla islandımı qara daş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
İlmə-ilmə ürəyini didirsən,
Ziyarəti yenə təkcə edirsən.
İlin bütün dörd fəslini gedirsən,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Dərd daşıyan ürəyinə qurbanam,
Sən o Allah ağlıyırmı, de, anam?!
Bu gün yenə sızıldayan kamanam,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Susma, nolar, yazdıqların de gəlsin,
Ah-amanın qoy üstümə ələnsin!
Məzar daşı göz yazışma bələnsin,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Çoxalıbmı anam kimi yatanlar,
Bizim kimi dərdə-qəmə batanlar?!
Kəlbəcərsiz son mənzilə çatanlar
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Məhəmməd Nərimanoğlu
Yazıçı-publisist, şair
AYB və AJB üzvü
