Sizin reklam burada
Sizin reklam burada
  • Cəlilabadda meşənin say-seçmə bahalı ağacları gözətçinin əli ilə qırılıb, talanır

    Bu günlərdə redaksiyamıza Cəlilabad rayonu Əsədli kənd sakinləri tərəfindən rayon meşələrində say-seçmə, materiala yararlı ağacların kökündən qırılıb talanması ilə bağlı şikayət məktubu və votsap nömrəmizə bir video daxil oldu. Sözügedən kənd sakinlərindən Pasayev Azad Şakir oğlu və Nəsirli Nizami Əlizamin oğlu tərəfindən ünvanlanan şikayət məktubunda onlar meşə zolağına qarşı edilən bütün bu amansızlığın davamlı şəkildə şəxsən gözləri qarşısında baş verdiyini israr edirlər...

    Fikrimizi tədbir görülməsi və özbaşına hərəkətlərə yol verən şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmaları məqsədilə aidiyyatı qurumlara daha aydın çatdırmaq məqsədilə məktubun mətnini olduğu kimi təqdim edirik:

    "Biz Paşayev Azad Şakir oğlu və Nəsirli Nizami Əlizamin oğlu meşə zolağında kəsilmiş ağacların videosunu sizə göndərmişik. Əlavə olaraq qeyd edirik ki, biz meşədə kiçik bir axtarışla qırilan ağacların vəhşicəsinə talanmasının şahidi olduq. 9 a saylı meşə dolaycavan pöhrələrin palıd, fıstıq, vələs və digər bahalıağac növləri qırılaraq aparılmışdır. Meşə gözətçisi Quliyev Elşad və meşə idarəsinin vəzifəli şəxsləri Məcidov Əhliman, İsiyev Namiq saysız, hesabsız ağac qırdırmış və meşə gözətçisinin xüsusi ağac daşımaq üçün təkmilləşdirilmiş 15 BD 022 dövlət nömrə nişanlı "Niva" markalı maşınıyla daşıyıb sataraq pul qazanırlar. Kəndimizdə qaz olmadığı halda yanacaq kimi quru ağacların biletlə belə kənd camaatının meşəyə gedən yolu qalın məftillər çaparlanib. Amma onlar özlərinə şəxsi açdıqları yolla öz mənafeləri uğruna meşədən qanuna uyğun olmayan ağacları kəsərək satırlar.
    Yuxarıda yazilanları öz imzamızla təsdiq edirik."

    Bu arada bir xatırlatma etmək istərdik:
    Ulu öndərin ekologiya siyasətini təhlil edən ekspertlər qeyd edirlər ki, Heydər Əliyevin
    qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələlərindən
    biri olub. O, ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün zamanında bütün vacib tədbirlərin həyata
    keçirilməsi üçün addımlar atıb.

    Bir faktı da diqqətə çatdırmaq istəyirik ki, bu günlər Əsədli kənd sakinlərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 31 nəfərin imzası ilə Cəlilabadda meşə gözətçisi Elşad Quliyevin Rayon Meşə Təsərrüfatı İdarəsinin məsul şəxsləri ilə əlaqəyə girərək cavan meşə ağaclarını yararsız adı ilə sənədləşdirərək kəsib, talayıb satması ilə bağı şikayət məktubu göndərilib və adı çəkilən talançı, eləcə də onunla əlaqəyə girən vəzifəli şəxslərin qanuna müvafiq qaydada cəzalanmalərını tələb edirlər. Yeri gəlmişkən, həmin imzalı şikayəti də yazıya qoşma əvəzi əlavə edirik.
    Bütün bunları əsas tutaraq redaksiyamıza ünvanlanan məlum şikayət məktubunu aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri hormətli Sadiq Haqverdi oğlu Qurbanov cənabına ünvanlayırıq. Və yuxarıda qeyd edilən faktları nəzərə alaraq adları çəkilən meşə talançıları barəsində Cinayət Məcəlləsinin 259.1 maddəsinin tələblərinə uyğun tədbir görüləcəyinə isə şübhə etmirik.

    Bəradər
    "Atribut" qəzeti və "atributinfo.az" saytının baş yazarı




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ