Bu sətirləri AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. Professor qeyd edib ki, sahədə mövcud qozaların təxminən 75-80%- açmış və yağışlar başlamamış məhsul toplanaraq aidiyyəti üzrə işlənməlidir. Hər 2 sortda lif çıxımı 38-39% olsa da məhsulu tez bir zamanda yığıb təxminən 15-20 oktyabra kimi toplayıb, sahəni şumlamaq və payızlıq taxıllar səpmək lazımdır. Bu həm də növbəli əkin dövriyyəsinə əməl edilməsinə bir siqnaldır:
"Maraqlananlar birbaşa sahədə vəziyyəti dəyərləndirə bilərlər. Türkiyə və yunan sortlarında lif çıxımı 43-45% olsa da gec yetişəndirlər. Bəzi illərdə rayonlarda pambıq yığımı dekadrın sonlarına qədər davam edir, dekabrda toplanan pambığın keyfiyyəti barədə danışmaq belə artıqdır. Ona görə də yerli sortlara güvənilməlidir. Hər kəsə uğurlar!"- İbrahim Cəfərov paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
