Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.
Qeyd edək ki, kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.
