Sizin reklam burada
Sizin reklam burada
  • MİDA-da yerləşən yeni bağçanın fəaliyyətə başlaması üçün prosedurlar tamamlanıb

    MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

    Bu barədə MÜTDA məlumat yayıb.

    Bildirilib ki, valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyatdan keçə bilərlər.

    "Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir.
    Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir",- deyə əlavə edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ