Sizin reklam burada
Sizin reklam burada
  • Təəssüf ki, bu gün ölkəmizdə İranın, İraqın və s. ölkələrin dini liderlərinin aşiqləri kifayət qədərdir

    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    Dünən Bakının Xəzər rayonu ərazisində bir qrup şəxs nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi yerdə kütləvi dini ayin, mərasim adı altında aksiya keçirməyə cəhd göstəriblər. Maraqlısı odur ki, İctimai yerdə dini ayin keçirməyə cəhd edənlər bir qrup qadın olub və onların yaxalarında İranın dini lideri Əli Xameneinin şəkili, əllərində isə qara bayraqlar olub. Onlar saxlanılaraq barələrində müvafiq orqanlar tərəfindən adekvat qərarlar verilib-3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

    Bu grupun xanım başçısının radikal, qızışdırıcı çağırışları olan məlumatlar artıq bir neçə vaxtdır sosial şəbəkələrdə rastıma gəlir.

    Biz coğrafi olaraq müsəlman ölkəsiyik. Azərbaycan dövləti isə sivil, dünyəvi və hüquqi dövlətdir. Bizim ölkədə din dövlətdən ayrıdır. Və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Fikir və söz azadlığı da bizim vətəndaşların Konstitusion hüququdur. lakin qanunla İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

    Azərbaycan coğrafi olaraq iki böyük imperiyanın arasında yerləşir. Azərbaycan iki yüz ildən artıqdır ki, hər iki imperiyanın onun mövcudluğunun məhvinə yönəlik siyasətin məngənəsindədir. Müstəqillik illərində uzun müddət torpaqlarımızın işğal altında qalmasına şərait yaratdılar. Biri ermənini silahlandırdı, digəri , özü də din qardaşları dediyimiz isə erməni əsgərini yedizdirdi və Qarabağın daşını da söküb apardı,

    Din böyük bir dəyərdir. Ən qədim əxlaq, sosial münasibətlər, hüquq və s. İnstitutdur. Məqsədim dinə münasibət, dini müzakirə etmək deyil. Sadəcə onu deyə bilərəm ki, savadsız, normal kitab, məktəb oxunayan bir insan dini anlaya bilməz və nəticəsi də belə olur.

    Təəssüf ki, bu gün ölkəmizdə İranın, İraqın və s. ölkələrin Dini liderlərinin aşiqləri kifayət qədərdir. Bu ölkələr dini dövlətlər(teokratik) olduqları üçün dini lider aşiqliyi elə həmin dövlətlərin siyasətinə xidmət etmək deməkdir.

    Təəssüf ki, bu gün bu dövlətlərə din pərdəsi altında xidmət edən cəsus şəbəkələri, qruplar hələ də mövcuddur.

    Təəssüfün ən böyüyü isə odur ki, ərazi bütövlüyünü, suverenliyini bərpa edən “qalib xalqın” bu tip üzdəniraq nümayənlələri “qalib xalq” məfhumunu başa düşmürlər, bu fəlsəfəni anlamırlar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ