Azərbaycan da hər zaman bu dəyərlərə sadiq qalıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva illərdir təhsil, səhiyyə, mədəniyyət və humanitar layihələrlə minlərlə insana ümid işığı olub. Uşaqların təhsil hüququndan başlayaraq xəstələrin müalicəsinə, qaçqın və köçkünlərin dəstəyindən beynəlxalq humanitar təşəbbüslərə qədər bir çox sahədə görülən işlər ölkəmizin bu dəyərlərə nə qədər önəm verdiyini göstərir.
Humanitar yardım yalnız bir tikə çörək və ya tibbi dəstək deyil – o, insan həyatını qorumaq, ümidləri dirçəltmək və gələcəyi xilas etməkdir. Bu günün çağırışı hər birimizə : ətrafımızı görək, hissedək, yardıma ehtiyacı olan heç kəsi unutmayaq, insanlığın ən ali dəyəri olan mərhəməti daim yaşadaq.
Hörmətlə,
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini
