Sizin reklam burada
Sizin reklam burada
  • Şəhidlərimizə qarşı istənilən nəlayiq hərəkət bizim milli mənəviyyatımıza qarşı yönəlik hərəkətdir

    Üç nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı bu gün məlumat yayıldı. Həmin şəxslər operativ olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olundular. Artıq Məhkəmə qərarı ilə saxlanılanlar barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bəli Şəhidlərimizə qarşı istənilən nəlayiq hərəkət bu millətə, bu dövlətə, bizim milli mənəviyyatımıza qarşı yönəlik hərəkətdir. Təqsirləndirilən şəxlər Cinayət Məcəlləsinin 245-ci-qəbir üzərində təhqiredici hərəkət maddəsilə cinayət işi başlanılıb. Amma hesab edirəm ki, bu tək qəbir üzərində təhqiredici hərəkət deyil, bu həm də milli, mənəvi dəyərlərə hörmətsizlikdir. Vətən, torpaq, dövlət və ümumən amal uğrunda canlarından keçənlərin məqamı, məkanı bir müsəlman ərəblər kimi onlara məlum olmalı idi.

    Turizm bizim iqtisadiyyatımızın prioritet istiqamətlərindən biridir. Bizim ölkəyə müxtəlif xalqların nümayəndələləri səfər edə bilərlər. Amma hesab edirəm ki, bizim milli kimliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qarşı yönəlik hərəkətlərə qarşı qadağalarla bağlı bir “normativ-hüquqi sənəd” hazırlanmalıdır. Azərbaycana gələn hər bir turist Azərbaycanda nələrin qadağan olmasını səfərdən əvvəl bilməlidirlər. Söhbət bizim milli kimliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yönəlik hərəkətlərə qadağalardan gedir. İstənilən cinayət isə dünyanın hər yerində aşağı-yuxarı eynidir.

    Belə praktika bütün turizm ölkələrində mövcuddur. Məsələn Sinqapurda saqqız, yerə tüpürmək və s. qadağandır. Dubayda kişi və qadının əl-ələ tutması, başqasının fotosunu çəkməsi və s. qadağandır. Amma bunlar heç də həmin ölkələrin turist sayına təsir etmir. Dubay ildə 17-18 milyon turist qəbul edir.

    Şəhidlik məqamdır, ən yüksək məqam, ən yüksək məkan!

    Allah şəhidlərimizə rəhmət eləsin!



    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ