Məsələni diqqətdə saxlamaq və təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət etdim. Çox qısa müddətdə cənab nazirin xüsusi göstərişi ilə operativ tədbirlər həyata keçirildi. Nəticədə böyük bir şəbəkə zərərsizləşdirildi və bir neçə nəfər saxlanıldı.
Bir daha şahid olduq ki, cənab nazir Vilayət Eyvazovun çevikliyi, işgüzar fəaliyyəti və məsuliyyətli yanaşması xalqın təhlükəsizliyinin təmin olunması üçün nümunədir və yüksək təqdirəlayiqdir.
Bu operativliyin nəticəsində küçəmizdəki təhlükə aradan qaldırıldı. Mən öz adımdan və Suraxanı sakinləri adından cənab nazirə dərin təşəkkürümü bildirir, ona ali dövlət fəaliyyətində uğurlar arzulayıram.
Ehtiram Mehtiyev
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi
