"Atributinfo.az" məlumat verir ki, tədbir bədii hissə ilə davam edib. Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, müxtəlif rəqs nümunələri nümayiş olunub.
Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növlərinə aid xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilir.
Bundan əlavə, tədbir çərçivəsində idman zonasında Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq müxtəlif idman növlərində öz bacarıqlarını sınayaraq faydalı və əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, eləcə də digər dövlət və özəl qurumların dəstəyi ilə keçirilir.
Bəradər Səməndərli
"Atributinfo.az"
