Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl Milli Parkı; cənnətin özü

    Bu yerlər bir zamanlar antisanitariya vəziyyətində idi. İnsanlar özləri ilə gətirdikləri yeyinti məhsullarını ayaq altına tökərək, əsl zibilxanaya döndərmişdilər buraları. Nəzarətsizlik və baxımsızlıq uca Yaradanın lütfü ilə yaradılan bu cür gözəlliyi heçə endirmişdi.

    Lakin dövlət başçısının müvafiq sərəncamı ilə təyin olunan icra hakimiyyətinin başçısı, gənc mütəxəssis, novator, ziyalı Elvin Paşayevin gərgin və yorulmaz əməyi, qətiyyətli fəaliyyəti, yüksək sevgisi nəticəsində nəinki sözügedən Milli Park, ümumilikdə Göygöl rayonu söz ilə ifadə edilə bilməyəcək dərəcədə cənnət məkana çevrildi. Fəaliyyəti dövründə, necə deyərlər köhnə qaydaları yeni qaydalarla əvəzləyən Elvin Paşayevin bu istiqamətdə Göygölə qoyduğu ürəyin (I ❤ love you Göygöl) simvolu da bu rayonda öz əksini tapır.

    Həyatın parlaq səhifələrini yaşayan Göygöl bu gün artıq hər cəhətcə respublikamızın ən görkəmli, qonaq-qaralı, inkişaf etmiş zəngin bölgələrindəndir.

    Baxdıqca göz doymur gözəlliklərə,
    Bura ilahinin şah əsəridir.
    Kəpəzin başını duman alıbdı,
    Günəş Maralgölün qəmin əridir,
    Bura ilahinin şah əsəridir.

    Bəradər Səməndərli 
    Baş redaktor




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ