Sizin reklam burada
Sizin reklam burada
  • "Əməkdaşlarımızın müntəzəm şəkildə yerlərdə olmaları, əkinçilərlə təmasları müsbət haldır"- İbrahim Cəfərov

    "Doğrudan da qlobal iqlim dəyişkənliyi şəraitində yaşayır və işləyirik. İyun ayı mülayim, yağmurlu keçdi, həmin hava şəraiti iyul ayının birinci dekadasında da davam edir."

    Bunu AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, belə şəraitdə əkinlərimizdə, plantasiyalarda olan bitkilər də biotik və abiotik stress amillərinin təsiri altında stressə düşür, patomorfoloji, patofizioloji və patobiokimyəvi dəyişkənliklərə uğrayırlar, bu isə müxtəlif patogenlərin, eləcə də sorucu və gəmirici ağız aparatına malik zərərvericilərin yayılma arealının genişlənməsinə, zərərverən orqanizmlərin inkişaf dinamikasının sürətlənməsinə və beləliklə də zərərin artması stimullaşır:

    "Bütün qeyd edilən məsələləri yerində izləmək və fermerə dəstək baxımından əməkdaşlarımızın müntəzəm şəkildə yerlərdə olmaları, əkinçilərlə təmasları müsbət haldır. Ona görə də həmkarlarıma dərin təşəkkürlərimi bildirirəm."- İbrahim Cəfərov paylaşımda qeyd edib.

    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ