
Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov 2 iyul Azərbaycan Polisi Günü ilə bağlı sosial şəbəkədə etdiyi paylaşımda vurğulayıb.
Millət vəkili əmin olduğunu bildirib ki, Azərbaycan polisi bundan sonra da Vətənə, xalqa, ulu öndərimiz Heydər Əliyevin işıqlı, müqəddəs ideallarına sədaqətlə xidmət edəcək.
İlham Məmmədov, "Bu məqsədlə bütün polis işçilərini "peşə bayramı" günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işlərində müvəffəqiyyət arzu edirik",-deyə bildirib.