Sizin reklam burada
Sizin reklam burada
  • Bayramınız mübarək, Azərbaycan Polisi!

    İqbal Məmmədov
    Milli Məclisin sabiq deputatı

    Tarix boyu hər bir ölkənin inkişafı, insanların rifah halının səviyyəsi birinci növbədə daxili sabitlik və əmin-amanlığın bərqərar olunmasından asılı olmuşdur. Azərbaycan polisi yarandığı gündən keşməkeşli olduğu qədər də şərəfli yol keçərək xalqımızın və dövlətimizin mənafeyinə ləyaqətlə xidmət etmiş, təhlükəsizliyin mühafizəsi, cinayətkarlığa qarşı mübarizə və s. kimi məsuliyyətli vəzifələrin öhdəsindən vicdanla gəlmişdir. Hər bir vətəndaşımızın günün istənilən saatında qorxu-hürküsüz rahat gəzib dolaşa bilməsi məhz polisimizə olan inam və etibarın nəticəsində mümkün olmuşdur. Başda cənab nazir Vilayət Eyvazov olmaqla daxili işlər orqanlarında çalışan bütün əməkdaşları “Polis işçilərinin peşə bayramı” münasibəti ilə səmimi qəlbdən təbrik edir, apardıqları müqəddəs və məsuliyyətli xidmətdə müvəffəqiyyətlər arzulayıram.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ