Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan növbəti səyyar görüş

    Milli Məclisin deputatı Müşfiq Məmmədli 27 iyun 2025-ci il tarixində Siyəzən rayonunun Tuğay kəndində seçicilərlə növbəti səyyar qəbul keçirmişdir.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı kənd sakinlərinin sosial-məişət, infrastruktur və digər aktual məsələlərlə bağlı müraciətləri dinlənilmiş, qaldırılan problemlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

    "Vətəndaşların hər bir müraciəti diqqətlə qeydə alınmış və nəzarətə götürülmüşdür. Bu kimi görüşlər əhalinin mövcud ehtiyaclarının yerində öyrənilməsi və həllinə xidmət edir və mütəmadi olaraq davam etdiriləcəkdir."- Deputat "atfibutinfo.az"a açıqlamasında bildirib.

    Bəradər Səməndərli






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ