Bu sətirləri AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, indi də 3 ilə yaxındır ki, Bitki Mühafizə və Texniki Bitkilər ETİ- yə rəhbərlik etdiyini qeyd edib:
"Bəlkə də burada mənim gənclərə köməyimə daha çox ehtiyac var, gənc kadrların yetişməsinə dəstək tələb olunur. Müəyyən işlər görmüşük, davam da edirik, bu günlər 9 nəfər əməkdaşlarımız müxtəlif universitetlərin magistratura pilləsində uğurla dissertasiya müdafiə edərək magistr dərəcələri aldılar, yığdım onları təbrik etdim. Bu 2 il müddətində hər türlü dəstək verdim. İndi bir daha gənclərimizə uğurlar diləyib, elmi dərəcələrin növbəti mərhələlərində görüşmək ümidi ilə təbrik edirəm!"- İbrahim Cəfərov paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
