Sizin reklam burada
Sizin reklam burada
  • "Tarix yazanları yaşatmaq, onları daim xatırlamaq bizim borcumuzdur"- Ceyhun Məmmədov

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümündə, müqəddəs Vətən torpaqları uğrunda canından keçmiş qəhrəman Vətən övladlarından biri Şəhid Baş-leytenant Xankişiyev Mübarizin xatirəsini dərin ehtiramla yad etdik."

    Bunu 120 saylı Cəbrayıl Seçki Dairəsindən seçilən deputat Ceyhun Məmmədov"atributinfo.az"a açıqlamasında bildirib. O, əlavə edib ki, anım zamanı sözugedən Vətən mücahidinin döyüş yolunu və qəhrəmanlığını əks etdirən sənədli filmin nümayişində iştirak etdik:

    "Çıxışımda Mübariz Xankişiyev kimi igidlərimizin qəhrəmanlığının və rəşadətli duruşunun hər bir gənc üçün örnək, xalqımız üçün isə fəxarət olduğunu qeyd etdim.

    Bu cür sənədli filmlər təkcə yaddaş deyil, Vətənə sədaqətin, şəhidlərimizə ehtiramın ifadəsidir.

    Tarix yazanları yaşatmaq, onları daim xatırlamaq bizim borcumuzdur."- Deputat bildirib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhunuz qarşısında baş əyirik!

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ