Sizin reklam burada
Sizin reklam burada
  • Müşfiq Məmmədlidən vətəndaşlarla görüş

    "25.06.2025-ci il tarixində Quba rayonunun Çiçi kəndində sakinlərlə görüş keçirdim. Görüş zamanı kəndin mövcud problemləri, əhalinin sosial rifahı və qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı."

    Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, sakinlərin səsləndirdiyi hər bir müraciət diqqətlə dinlənildi və aidiyyəti qurumlarla birgə həll yolları müzakirə edildi:

    "Qaldırılan məsələlərin nəzarətə götürüləcəyini bildirdim. Regionlarımızın inkişafı və əhalimizin rifahı daim diqqət mərkəzimizdədir. Çiçi kəndinin qonaqpərvər insanlarına səmimi qarşılanma üçün təşəkkür edirəm."- Deputat paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"











    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ