Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

    Bu gün Göygöl Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “26 İyun Silahlı Qüvvələr Günü” münasibətilə “Müzəffər ordumuz suverenliyimizin qarantıdır” mövzusunda tədbir keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, müharbə iştirakçıları, təhsil, mədəniyyət işçiləri, QHT nümayəndələri, gənclər və YAP fəalları iştirak edib.
    İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. İştirakçılar tərəfindən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Sonra Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək əsası 1918-ci il iyunun 26-da qoyulmuş Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu və məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldığını vurğulayaraq qeyd etmişdir ki, Ulu Öndərin rəhbərliyi ilə 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılmışdır. Ümummilli Lider Azərbaycanlı zabit kadrların hazırlanması üçün SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları üçün bir çox işlər görmüşdür.
    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da dövlətçiliyin əsas sütunlarından biri kimi güclü və peşəkar ordu quruculuğunu qarşısına başlıca məqsəd kimi qoymuş və buna nail olmuşdur.
    Prezident İlham Əliyev isə 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra hərbi, siyasi lider olaraq Silahlı Qüvvələrin inkişafını milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan etdi və Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü və çevik ordusuna çevrildi. Prezident İlham Əliyevin hərbi və siyasi liderliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində özününparlaq şəkildə təcəssüm etdirdi.
    Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynamışdır. Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verir və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Prezident İlham Əliyev orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, hərbi xərclərin strateji səviyyəyə yüksəldilməsi, peşəkar hərbçi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması və yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətdə çox böyük tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu nazirliyin əsas məqsədi milli hərbi məhsul istehsalının təşkili və Silahlı Qüvvələrin daxili tələbatının yerli istehsal hesabına qarşılanması olmuşdur. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul Azərbaycanın öz müəssisələrində istehsal edilir, bəziləri isə ixrac potensialına malikdir.
    Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibə İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi qazisi Sərdar Balayev “Müzəffər ordumuz suverenliyimizin qarantıdır” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Natiqlərdən QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, Müharibə Qarabağ Müharibəsi qazisi Nazim Cahangirov, SHXÇDX Göygöl rayon şöbəsinin əməkdaşı Rahib Nəcəfov, YAP Göygöl rayon təşkilatı üzrə MKTİB ƏPT-nin sədri, Vətən Müharibəsi iştirakçısı Pərvin Rəhimli və digərləri çıxış edərək ordu quruculuğumuzun tariximizdən danışmış, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda güclü ordusu olan bir ölkə kimi tanınmasından, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasətdən və qazanılmış uğurlardan söhbət açmış, Azərbaycanını dünya miqyasında ordu quruçuluğu sahəsində əldə etdiyi uğurlardan danışmışlar.
    Bütün çıxış və nitqlərdə müstəqilliyimizin əldə olunmasında, suverenliyimizin qorunmasında əsas rola malik olan Müzəffər Azərbaycan ordusunun qüdrətindən danışılmış, nizami ordunun yaradılmasına və 44 günlük Vətən müharibəsində əldə olunan Möhtəşəm Zəfərə görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
    Tədbirin sonunda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ