"Atributinfo.az" xəbər verir ki, qəbula ümumilikdə 20 vətəndaş qatılıb. Onlardan 3 nəfəri şəhid atası, 1 nəfəri isə Vətən Müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, həmişə olduğu kimi bu dəfə də deputat seçicilərin hər birini fərdi dinləyib. Bəzi məsələlər yerindəcə həll olunub, digərlərinin icrası üçün isə köməkçilərinə aidiyyəti qurumlarla əlaqə saxlanılması tapşırılıb.
Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, ay ərzində keçirilən qəbullardan əlavə, Məşhur Məmmədovun tapşırıgına əsasən, köməkçiləri mütəmadi müraciət edən vətəndaşları qəbul edir, onları narahat edən məsələlərin həllinə dəstək göstərirlər.
Bəradər Səməndərli
"Atributinfo.az"
