Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayon İcra başçısı Elvin Paşayev rayonda dövlətimizi, Prezdentimizi laiqincə təmsil edir...

    İcra başçısı vətəndaşın yanında olmalı, onları dinləməli, onların qayğıları ilə maraqlanmalı, onların problemlərinin həll olması üçün əlindən gələni etməlidir. Bu, dövlət başçısı cənab İlham Əliyevin əsas tələbidir !

    Göygöl rayon İcra başçısı Elvin Paşayev rayonda dövlətimizi, Prezdentimizi laiqincə təmsil edir...

    Hazırkı cəmiyyətimizdə hər hansısa insanı danışdırsan deyər ki, mən cəmiyyətdə gördüyümə inanıram. Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına dəyər verir, onlara diqqət və qayğı göstərir, onların problemlərini həll edir, Azərbaycan xalqı dəfərlərlə şahidi olub, hətta Prezident bir neçə dəfə şəxsən özü vətəndaşlara yaxınlaşıb onlardan məktubları alıb. Yaxşı məmur olmaq üçün hansısa Hollivud, Mafiya və ya dedektiv filimlərə baxmaq lazım deyil və ya hər hansısa ölkəyə gedib o ölkələrin adət ənənələrin də görmək lazım deyil. Təkcə Azərbaycan Respublikasının Müzəffər Prezidentinə baxıb, onun insanlara olan sonsuz diqqət və qayğısından nümunə götürmək hər bir Azərbaycanlı məmura kifayət edər !.

    Mən əminliklə deyə bilərəm ki, Göygöl rayon İcra başçısı dəyərli Elvin müəllim Prezdentimizin etimadını layiqincə doğruldur. Bundan öncəki sabiqlər iş yarıtmaz talançı İcra başçıları rayonda min cür oyun çıxarar rayonda olan bəzi yaramaz, insan balası kimi danışa bilməyən, məmurların vasitəsi ilə özlərinə min cür avantaj saxlayar nə qəbula gələni dinləyirdilər, nədə qəbul günlərində özləri iştirak etmirdilər. Yəni bir sözlə yuvalarından çölə çıxmırdılar, rayonda kimisə vəzifəyə təyin etmək istəyəndə baxmırdılar bu adamın təhsili nədir, həqiqi hərbi xidmətə olubmu, ya insan balası kimi danışa bilirmi, dövlətdən, xalqdan, millətdən, cəmiyyətdən anlayışı varmı, kim gəlirdi , tapşırılırdı pulun alıb həmi vəzifəyə qoyurdular. Cənab Prezidentimizin uğurlu kadr siyasətinin nəticəsində Elvin müəllim Göygöl rayon İcra başçısı təyin olunduqdan sonra rəhbər vəzifələrə düzgün insanları, oxumuş, ziyalı və həqiqi hərbi xidmət görmüş insanları təyin etmiş və bu gün onunla bərabər çiyin - çiyinə Göygöl rayon sakinlərinin xidmətində dayanıblar .

    Elvin müəllim rayona İcra başçısı gələndən rayon və kənd sakinləri rahat şəkildə, maneəsiz dəyərli İcra başçısının qəbuluna gedir və hətda icra başçısı özü kənd - kənd , qəsəbə - qəsəbə gəzir görüşlər və qəbullar keçirir , sakinlərin problemlərini yerlərdə öz dillərindən eşidib həllinə köməklik edir .

    Belə bir vicdanlı, iş bacaran mərhəmətli İcra başçısı necə sevilməsin, necə bəyənilməsin, necə alqışlanmasın axı...
    Bundan da yaxşı daha necə mumur olur! Bütün canı və qanı ilə rayona xidmət edir. Qoy bəzi rayonlarda olan yaramaz, yarıtmaz məmurlar görsünlər ki, dövlətə, xalqa necə məhəbbətlə xidmət edən İcra başçılarımız var...

    Əgər məmur düzgün işin aparırsa, əlbəttə vətəndaş o məmurların vurğununa çevrilirlər, o məmurları sevirlər. Bəzən məmurlar Dövlət Başçısına olan sədaqətlərin öz gozəl işləri ilə vətəndaşlara qarşı misilsiz xidmətlər göstərmiş olurlar !.

    Elvin müəllim Göygöl rayonuna İcra başçısı təyin olunduğu bu bir neçə ildə sadəliyi, uzaqgörənliyi, işgüzarlığı, Şəhid və Qazi ailələrinə göstərdiyi sonsuz diqqət və qayğısı ilə rayon əhalisinin böyük sevgisini qazanmışdır !.

    Göygöl rayonunun başçısı, Polis rəisi, prokuroru, məhkəməsi, hər birinin rayon əhalisinə vahid səmimiyyəti var. Hər biri öz iş fəaliyyətində vicdanla, ləyaqətlə çalışaraq rayon əhalisinə xidmət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Ölkənin Birinci xanımı hörmətli 1 ci Vitse Prezident xanım Mehriban Əliyevaya sadiq olduqların hər biri öz peşə fəaliyyətlərində göstərirlər. Həqiqətəndə sizin kimi xidmət aparan insanları gördükcə bu Vətən üçün ölməyə belə dəyər !.

    Qarşıdan 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı gəlir.
    Bu münasibətlə dövlətinə , millətinə , Cənab Prezidentimizə sədaqətlə , vicdanla xidmət edən dövlət qulluqçularını yuxarıda haqqında bəhs etdiyim Elvin müəllimi və onun rəhbərlik etdiyi Göygöl rayon dövlət qulluqçularını səmimi qəlbdən təbrik edirəm , dövləti fəaliyyətlərində uğurlar arzulayıram .
    Bayramınız mübarək olsun!










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ