Milli Məclisdə Şabran-Xaçmaz rayonlarını təmsil edən, seçildiyi gündən vətəndaşların yanında olan, onların qayğı və problemləri ilə yaxından maraqlanan, narahatlıq doğuran məsələlərin həllinə maksimum səy göstərən deputat Mahir Süleymanlı bu gün-9 iyun tarixində Xaçmaz rayonunun Sayad kəndində vətəndaşlarla növbəti görüş keçirdi.
"Atributinfo.az" xəbər verir ki, görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənildi. Yerində həlli mümkün olan problemlər dərhal aradan qaldırıldı. Digər müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi və nəzarətdə saxlanılması üçün qeydiyyata alındı.