Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır.