Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının həmrəylik və mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik.
Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan bu əziz günün Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycana rəhbərlik edən ulu öndərimiz Heydər Əliyev xalqımızın öz əxlaqi-mənəvi dəyərlərinə, dini sərvətlərinə yiyələnməsi üçün Qurban bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirmişdir. Respublikamızın bütün guşələrində olduğu kimi, xaricdə yaşayan azərbaycanlılar da yaşadıqları dövlətlərdə Qurban bayramını yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir.
Qurban Bayramınız mübarək olsun!
Elçin Şükür,
koordinator
