Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədovdan Qurban bayramında xeyirxahlıq nümunəsi

    Məşhur Məmmədovdan Qurban bayramında xeyirxahlıq nümunəsi "Qurban bayramı insanları mərhəmətə, paylaşmağa, birlik və bərabərliyə, xeyirxahlığa çağıran bayramlardandır. Bu mübarək gündə edilən hər bir xeyirxah əməl həm dini, həm də insani borcumuzdur.
    Ənənəmizə sadiq qalaraq bu il də seçicilərimizi qurban payı ilə sevindirdik."

    Bunun74 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov özünün feysbuk səhifəsində paylaşıb.

    Deputat Qurban bayramında seçicilərinə qarşı xeyirxahlığın ali məqamına imza atmış və paylaşımda qeyd etdiyi kimi, 3,3 ton qurban əti kəsdirərək 1600 nəfər ehtiyacı olan ailələrə paylatmışdır.

    "Şəhid ailələrinə, qazilərə və döyüşçülərə 3 kiloqram, aztəminatlı ailələrə isə 2 kiloqram qurban əti çatdırılmışdır.
    Bir daha hər kəsi Qurban Bayramı münasibətilə təbrik edirəm. Bayramımız mübarək!" - Deputat paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ