Sizin reklam burada
Sizin reklam burada
  • "Belə təşəbbüslərdə iştirak etmək qürurvericidir"- Müşfiq Məmmədli

    Dünən-05.06.2025-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Qərbi Azərbaycan – Yurd Yerimiz” adlı elmi-praktiki konfrans və festival keçirilmişdir. Konfransda bir qrup deputat həmkarları ilə bahəm iştirak edən Müşfiq Məmmədli bu barədə "atributinfo.az"a danışıb:

    "Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində keçirilən bu tədbir, tarixi yaddaşımızın qorunması və milli kimliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu cür tədbirlərin əhəmiyyəti danılmazdır."
    Müşfiq Məmmədli onu da əlavə edib ki, belə təşəbbüslərdə iştirak etmək qürurvericidir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ