"Atributinfo.az" məlumatlandırır ki, ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
“5 İyun – Su təsərrüfatı və meliorasiyası işçiləri günü” münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri İsmayıl Əvəzov və idarənin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramla anıblar.
Bəradər,
Zahir
"Atributinfo.az"
