Sizin reklam burada
Sizin reklam burada
  • Görəsən, necə ola bilər ki..?

    Görəsən, necə ola bilər ki..? Qiyam Ərşadoğlu
    "Atributinfo.az"

    Məlumdur ki, hər Nazirliklərin tabeçiliyində olan idarə müəssisələrin inzibati binası mövcuddur. Lakin, elə idarə müəssisələri var ki, onlar öz inzibati idarə yerini tez-tez dəyişirlər. Bu onunla əlaqədardır ki, həmin idarə binası onların özünə məxsus deyil. Məsələn: Xırdalan Şəhərində yerləşən Notariat kontorları tez-tez öz yerini dəyişir. Eyni zamanda Abşeron Rayon Su İdarəsi də öz inzibati binasını tez-tez dəyişir. Buna səbəb, həmin binanın sahibi ilə Su İdarəsinin arasında olan anlaşılmamazlıqdir . Görəsən, Su idarəsinin rəhbərliyinin marağı burada nədir? Yəqin ki, həmin binanın sahibi ilə Su idarəsinin rəhbərliyi arasında müəyyən razılaşma var. Çox maraqlıdır ki, həmin binaya Su idarəsi hansı məbləğdə kirayə ödəyir ? Necə ola bilər ki, böyük maliyyə dövriyyəsi olan idarə müəssisəsi özünə daimi inzibati idarə binası inşa edə bilmir?

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ