“Dənli-taxıl və Texniki bitkilərin zərərvericiləri” İbrahim Cəfərovun imza atdığı növbəti uğurdur
Sosial
2-06-2025, 22:33
151
Daim səmərəli fəaliyyəti ilə uğurlar qarşısında olan Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin İnstitutun rəhbəri, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov gənc əməkdaşları ilə daha bir uğura imza atıb. Paytaxt Bakıda 300 tirajla nəşr edilən “Dənli- taxıl və Texniki bitkilərin zərərvericiləri” adlı kitabının işıq üzü görməsi gerçəkdən İ. Cəfərovun bu sahənin gələcək təmsilçilərinə bəxş etdiyi böyuk töhfə, zəngin elmi vəsaitdir. Kitab rəngli fotoşəkillər də daxil olmaqla 192 səhifədən ibarətdir.
Bu barədə özünün feysbuk səhifəsində paylaşım edən müəllif qeyd edib ki, kitab aqronomluq istiqaməti üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, mütəxəssislər, müəllimlər və fermerlər üçün nəzərdə tutulmuşdur:
"Nəzərə almaq lazımdır ki, zərərli həşəratlardan bəhs edən “ Kənd təsərrüfatı entomologiyası” kitabı 1986- cı ildə yazıldığından mənəvə cəhətdən də köhnəlmişdir. Biz yazdığımız kitabı mərhum akademik Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsinə ithaf etmişik. Bundan əvvəl isə 2024- cü ildə “ Bitkilərin xəstəlikləri, onların idarə edilməsi”, “ Meyvə bitkilərinin zərərvericiləri”, “ Tərəvəz bitkilərinin zərərvericiləri” “ Əkinçilik və bitkiçiliyin əsasları” kitablarımız işıq üzü görmüşdür. Zəhməti keçən hər kəsə təşəkkürlər, dəyərli gənclər, mən Sizlərlə qürur duyuram!"- İbrahim Cəfərov paylaşımda bildirib.
P.S. Biz də öz növbəmizdə bu zəngin mənəvi xəzinənin işıq üzü görməsi münasibətilə İbrahim müəllimi ürəkdən təbrik edir, inanırıq ki, “Dənli- taxıl və Texniki bitkilərin zərərvericiləri” gələcəyin gənc mütəxəssilərinin hər biri üçün əhəmiyyətli dərəcədə elm mənbəyi olacaq. Uğurlar!