Sizin reklam burada
Sizin reklam burada
  • "TEDxSumqayıt” tədbiri, Sumqayıtın intellektual mühitini və mədəni həyatını daha da zənginləşdirdi"- Müşfiq Məmmədli

    "Azərbaycanın 2025-ci il üçün Gənclər Paytaxtı elan olunmuş Sumqayıt şəhərində baş tutan “TEDxSumqayıt” tədbirində iştirak etməkdən böyük məmnunluq duydum.Deputat olaraq, gənclərimizin düşüncə azadlığını, yaradıcılığını və cəmiyyətə verdiyi töhfələri hər zaman dəstəkləyirəm."

    Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli özünün feysbuk səhifəsində paylaşıb. Deputat əlavə edib ki, bu tədbir bir daha göstərdi ki, gənclərimiz yenilikçi ideyaları və fərqli baxış bucaqları ilə ölkəmizin inkişafında önəmli rol oynayırlar:
    “TEDxSumqayıt” tədbiri, Sumqayıtın intellektual mühitini və mədəni həyatını daha da zənginləşdirdi.
    Tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkürümü bildirir, bütün gənclərimizi belə platformalarda fəal iştiraka səsləyirəm."- Muşfiq Məmmədli paylaşımda bildirib.

    Bəradər
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ