Görüntülərdə yumurtaların istifadə müddətinin keçdiyi, eləcə də toyuq ətinin normadan az, kartofun çox olduğu görünür.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 151 nömrəli uşaq bağçasında aidiyyəti qurumlar tərəfindən qidalanmanın təşkili ilə bağlı müvafiq araşdırma aparılıb:
"Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet məsələlərdəndir. Bu məsələlərə həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Bu müəssisələrdə qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Uşaqların qidalanmasının düzgün təşkili və müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilməsinə nəzarət məqsədilə vaxtaşırı monitorinqlər keçirilir.
Bakı şəhəri 151 nömrəli uşaq bağçasında aidiyyəti qurumlar tərəfindən qidalanmanın təşkili ilə bağlı müvafiq araşdırma aparılıb, bununla bağlı çatışmazlıqlar aşkarlanmayıb".
